Məşhur aktyorun kafesinə silahlı hücum edildi - YARALILAR VAR - VİDEO

Məşhur aktyorun kafesinə silahlı hücum edildi - YARALILAR VAR - VİDEO
Video
Siyasət 0

Türkiyəli aktyor Ufuk Bayraktarın sahibi olduğu kafeyə hücum edilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Cihangir səmtində baş verib. Kimliyi bəlli olmayan şəxs kafeyə girərək müştərilərdən birinə 5-6 dəfə atəş açıb.

Hücum zamanı həmin müştəri ilə yanaşı kafedəki başqa iki nəfər də xəsarət alıb.

Atəş açan cinayətkar hadisə yerindən tez qaçmağa müvəffəq olub. Kafeyə polis və təcili yardım çağırılıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Son xəbərlər