“O Səs Türkiyə”nin iştirakçısı silahlı hücuma məruz qaldı - ANBAAN VİDEO
23
fev
2022
14:44
Türkiyədə yayımlanan “O Səs Türkiyə”nin keçmiş iştirakçılarından Talha Burak Karayılanın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, gənc müğənni silahlı hücuma məruz qalıb. Hadisə İstanbulun Beyoğlu səmtində baş verib.
Motosiklet sürən naməlum şəxslər Talhaya atəş açaraq qaçıblar.
Yaralanan sənətçi sürünərək yaxınlıqdakı dükana daxil olub. Daha sonra ətrafdakıların köməyi ilə təcili yardım çağırılıb və Burak xəstəxanaya aparılıb.
Baş verən cinayətlə bağlı istintaq başladılıb. Polis sənətçiyə hücum edən şəxsləri axtarır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan vətəndaşı İstanbulda silahlı hücuma məruz qalıb - ANBAAN VİDEO
Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı silahlı hücuma məruz qalıb. BAKU.WS xəbər verir ki, hadisə Esenyurt rayonunda küçədə uşaqların gözü qarşısınd...