Qərbi Azərbaycan Xronikası: Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək?

Qərbi Azərbaycan Xronikası: Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək?
Video
Siyasət 26

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

BAKU.WS xəbər verir ki, verilişdə Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov 1720-ci ildən bəri erməni məsələsinin necə geosiyasi alətə çevrilməsi haqqında danışıb.

O bildirib ki, 1-ci Pyotrun Qafqaz yürüşü ilə erməni kartının ilk dəfə işə salınmasına başlanılıb: "Erməni layihəsini Vatikan və Çar Rusiyası formalaşdırıb. Osmanlı və İran ərazilərindən ermənilərin köçürülməsi ilə demoqrafik mühəndislik işlənilib. Bolşevik hakimiyyəti erməni ideologiyasını inşa edib. Erməni iddiaları həmişə Qərb və Rusiya maraqları ilə üst-üstə düşüb və bunun fonunda ermənilərin ərazi iddiaları başlayıb".

Onun sözlərinə görə, ermənilərin etnik tərkibi alban, qıpçaq, kürd və tat faktoru ilə bağlıdır: "Dağ xalqları və vadi sivilizasiyasına iddia erməni tarixinin ziddiyyətidir. Ararat Respublikası layihəsi ilə bağlı ermənilərin öz tarixi etirafları var. Kür-Araz mədəniyyəti ermənilərin tarixi iddialarının elmi iflasıdır. Sovet dövründən sonra erməni kimliyinin ideoloji böhranı başlayıb".

R.Hüseynov Urartu yalanının mənbəyi və Sovet dövründə ortaya atılmasının səbəblərindən söz açıb, "ermənilər yeni geosiyasi reallığa uyğunlaşacaq, yoxsa Ermənistanı tərk edəcək" sualına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər