Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
10
mar
2026
09:24
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Qalereya
Oxşar xəbərlər
Yaxın Şərqdəki vəziyyət WADA-nın Bakı simpoziumunun təxirə salınmasına səbəb olub
Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu təxirə salıb. Bu barədə BAKU....