Şimali Kipr Türk Respublikasının baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevlə görüşünə dair etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, Ü.Üstelin Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyinin təbii təzahürüdür:
"Türk dünyasının üz-üzə olduğu regional və qlobal haisələr qarşısında birgə hərəkət etməsi və dövlətlər arası koordinasiyanın artması həyati əhəmiyyət kəsb edir".
Xatırladaq ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşüb
Türkiyənin İnsan hüquqları üzrə müvəkkili, Baş Ombudsman Mehmet Akarca Azərbaycanın bu ölkədəki səfirliyində olub. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanı...