Müctəba Xamenei atasından nə ilə fərqlənir?
ABŞ-İsrail və İran arasındakı müharibənin doqquzuncu günü İranda yeni ali ləhbər seçildi. ABŞ-İsrail tandeminin apardığı əməliyyatlar nəticəsində öldürülən Əli Xameneinin yerinə oğlu Müctəba Xamenei gətirildi.
Müctəba Xameneinin seçilməsi ilə bağlı İran daxilində ixtilaflı fikirlər var. Ekspertlər Şurasının üzvlərindən bir neçəsi səsvermədə iştirak etməyib.
Müxtəlif mənbələr iddia edir ki, proses SEPAH-ın təzyiqi altında keçirilib və səsvermə şəffaf olmayıb. Səsverməyə qarşı olanlar isə hakimiyyətin irsi şəkildə ötürülməsinə etiraz ediblər. Çünki belə addım İran teokratiyasının ənənələrinə ziddir.
Qeyd edək ki, şah rejiminə qarşı İslam inqilabının əsas məqsədi hakimiyyətin atadan oğula ötürülməsinin qarşısını almaq idi. Hazırkı vəziyyət isə İslam inqilabının ruhuna zidd görünür.
Qum məktəbinin müctəhid yetirməsi və İranın pərdəarxası fiqurlarından biri sayılan Müctəba Xamenei 1969-cu ildə anadan olub. Gənclik illərində həm dini elmlərlə məşğul olub, həm də İran-İraq müharibəsində iştirak edib. Bu da ona müharibə və müdafiə strukturlarını yaxından tanımaq imkanı yaradıb.
Bəs oğlu Xameneinin Ali Rəhbər seçilməsi İran elitasının İsrail və ABŞ-yə ötürdüyü mesaj kimi necə başa düşülməlidir?
Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
Oxşar xəbərlər
Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb
Kanadanın Ontario əyalətinin dövlət qurumları xəritələrində Ontario gölünü "Amerika gölü" adı ilə göstərməyə başlayıblar. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...