Son vaxtlar niyə hamını "tok vurur"? - Həll yolu
Son vaxtlar bir çox insan gündəlik həyatda metal qapıya, lift düyməsinə və ya avtomobilin qapısına toxunarkən xırda elektrik zərbəsi hiss etdiyini bildirir. Mütəxəssislər bunun əsas səbəbinin statik elektrik olduğunu deyirlər.
BAKU.WS xəbər verir ki, statik elektrik bədəndə elektrik yükünün toplanması nəticəsində yaranır. Xüsusilə quru hava şəraitində bu hal daha çox müşahidə edilir. Payız-qış mövsümündə istilik sistemlərinin işləməsi havanı qurudur və nəticədə insan bədənində elektrik yükü daha asan toplanır.
Bundan əlavə, sintetik tərkibli geyimlər (polyester, neylon və s.) statik elektrik yığılmasını artırır. Rezin altlıqlı ayaqqabı ilə xalça üzərində hərəkət etmək də bədəndə yük toplanmasına səbəb olur. Yığılan elektrik metal əşyaya toxunarkən ani boşalma yaradır və bu zaman "tok vurma" hissi meydana çıxır.
Mütəxəssislərin sözlərinə görə, əksər hallarda bu vəziyyət təhlükəli deyil və sağlamlıq üçün ciddi risk daşımır. Lakin tez-tez başgicəllənmə, ürəkdöyünmə və ya əl-ayaqda keyimə kimi hallar müşahidə edilərsə, həkimə müraciət etmək tövsiyə olunur.
Statik elektriki azaltmaq üçün otaqda hava nəmləndiricisindən istifadə etmək, pambıq tərkibli geyimlərə üstünlük vermək və dərini nəmləndirən kremlərdən istifadə etmək məsləhətdir.
Oxşar xəbərlər
Pensiya alanlara XOŞ XƏBƏR - Bayramlara görə...
Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. BAKU.WS x...