İran parlamentinin sədri mülki infrastruktura cavab zərbələri endirməklə hədələdi
"Əgər düşmən İslam Respublikasında infrastruktura hücum etməyə davam edərsə, İran da onların infrastrukturuna cavab zərbələri endirəcək".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında bəyan edib.
"Düşmən bilir ki, nə edirlərsə etsinlər, biz onlara mütləq mütənasib və dərhal cavab verəcəyik. Heç bir cinayət cavabsız qalmır, bu gün biz heç bir istisna olmadan "əvəz əvəzə" prinsipinə sadiqik. Əgər onlar infrastruktura qarşı müharibəyə başlasalar, biz də şübhəsiz ki, onların infrastruktur obyektlərinə hücum edəcəyik", - deyə o yazıb.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...