Cəlilabadda ana övladının ölümünə səbəb oldu

Cəlilabadda ana övladının ölümünə səbəb oldu
Hadisə 63

Cəlilabadda 14 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən faciəli hadisənin təfərrüatı məlum olub.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evin həyətindən döş nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.

Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb.

Məlum olub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. S.Abdulhüseynova saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı hələlik əlavə şərh verilməyib.

Son xəbərlər