Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb
"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul".
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərzində onlarla belə şikayət işıqlandırılıb.
Fərqli şirkətlər və fərqli şəxslər olsa da, eyni vədlərlə aldadılan insanların sayı xeyli artıb. Nəzərə alsaq ki, xaricdən avtomobil sifariş etmək əksər hallarda daxili bazardan daha ucuz başa gəlir, bu səbəbdən belə xidmətlərə tələbat da yüksəkdir.
Bəs vətəndaşlar aldadılmamaq üçün nə etməlidirlər?
Mütəxəssislərin sözlərinə görə, belə halların qarşısını almaq üçün ilk növbədə alış-verişin rəsmi qaydada həyata keçirilməsi vacibdir.
Onlar bildirirlər ki, müqavilə bağlanmadan pul verilməməli, şirkətin rəsmi qeydiyyatı yoxlanılmalı, ödənişlər bank köçürməsi ilə həyata keçirilməli və müvafiq qəbz tələb olunmalıdır. Bundan əlavə, avtomobil sifarişi zamanı ödənişin 100 faiz əvvəlcədən edilməməsi də tövsiyə olunur.
Oxşar xəbərlər
Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır?
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri pro...