Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda səkilər, həyətlər, park və bağlar abadlaşdırılacaq və yenidən qurulacaq.
BAKU.WS-in məlumatına görə, layihələrin hazırlanması üçün nəzərdə tutulan ehtimal olunan məbləğ 3 milyon 26 min 216 manat təşkil edir.
Layihə çərçivəsində paytaxt ərazisində müxtəlif istiqamətlər üzrə sənədlər hazırlanacaq. Bunlara səkilərin təmiri üçün 15 layihə, həyətlərin təmiri üçün 2 layihə, parklarda 4 layihə, bağlarda 10 layihə, həmçinin yenidənqurma və abadlıq işləri üzrə bir neçə layihə daxildir.
Məqsəd Bakı şəhərində səkilərin, həyətlərin və ictimai məkanların təmir və abadlaşdırma işlərini daha planlı şəkildə həyata keçirmək üçün ilkin layihə sənədlərini hazırlamaqdır.
Oxşar xəbərlər
Bakıdakı pilləkənlər nə qədər rahatdır? - Ekspertdən AÇIQLAMA
Şəhər mühitində pilləkənlər sadəcə iki səviyyəni birləşdirən memarlıq elementi deyil. Onlar həm də insanların gündəlik hərəkətinin rahatlığını, təhlükəsizliyini...