Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO

Qazaxıstanda model və Astana gənclər məclisinin deputatı Dinaqul Tasova döyülüb.BAKU.WS xəbər verir ki, o, bununla bağlı İnstagram-da məlumat verib.
Tasova bildirib ki, onu “Fashion Night Astana” moda nümayişində açıq-saçıq geyiminə görə yaxın münasibətdə olduğu şəxs tərəfindən döyüldüyünü açıqlayıb:
“Nümayiş haqqında mətbuatda çıxan xəbərlərdən sonra kəskin tənqidlərə məruz qaldım. Məni yüngül əxlaqlı olmaqda ittiham etdillər və açıq-aşkar ələ salırdılar. Hətta mənim İnstagram səhifəmi sildilər. Bütün bunlara səbəb podiumda sinəmin görünməsi olub.


Öz yaxını tərəfində fiziki təcavüzə məruz qalan Dinaqul Tasova xəsarətlərini nümayiş etdirən fotosessiya təqdim edib: "İndi isə fotolara baxın! Fotolarda “yaxın” bildiyim insanın mənə “dəstəyi”nin nəticələri aydın görünür. Mən susmamaq qərarına gəlmişəm”, - Dinaqul bildirib.
O qeyd edib ki, statistikaya əsasən, Qazaxıstanda hər üçüncü qadın döyülmə, zorakılıq və müxtəlif amansız rəftarlarla qarşılaşır və söz verib ki, bu cür halların qarşısının alınması üçün addımlar atacaq.
BAKU.WS




Oxşar xəbərlər
“İstədim ki, insanlar görsün” - Səmra açıq-saçıq geyinməsinin səbəbindən DANIŞDI - VİDEO
ARB TV-nin “Show News” verilişininin növbəti müsahibi Azərbaycanı 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli olub. Səmra açıq-saçıq...