Qaraçı baronun 16 yaşlı nəvəsinin dünyaya səs salan toyu - VİDEO

Qaraçı baronun 16 yaşlı nəvəsinin dünyaya səs salan toyu - VİDEO
Video
Siyasət 17674
Moldovada qaraçı baronunun nəvəsinin adi ailədən olan gənclə evlənməsi və onların təmtəraqlı toyu böyük səs-küy salıb.BAKU.WSmilli.az-a istinadən xəbər verir ki, 16 yaşlı Mariya və 19 yaşlı Odissey 2 il əvvəl İnternetdə tanış olublar. Cütlük arasındakı sevgi gündən-günə güclənib və Odissey Mariyanın evinə gedərək onu valideynlərindən istəyib. Qaraçıların ənənələrinə görə bəy öz ciddiliyini sübut etmək üçün fidyə verməlidir. Odissey qızın ailəsinə 2 kiloqram qızıl verib. Buna baxmayaraq qızın ailəsinin sözünün üstündə durmayıb, onların evlənməsinə razı olmayacağından qorxan gənc, Pasxa gecəsində Mariyanı qaçırıb. Qızın ailəsi onu 2 gün axtarıb. Bundan sonra bəyin yaxınları Mariyanın ata evinə zəng vuraraq qızın olduğunu xəbər veriblər. Oğlan və qız ailəsi barışıb və düz 2 ay toya hazırlaşıblar. Mariyanın gəlinliyi İsraildə əllə tikilib. Üzəri Swarovski daşlarla bəzədilmiş gəlinliyin çəkisi 10 kiloqram olub..Belsıda keçirilən toy 3 gün davam edib. Toyda gənclərə yalnız qızıl və pul hədiyyə edilib.BAKU.WS

Son xəbərlər