Qarabağda şiddətli döyüşlər gedir: Ermənilər Ağdərəni boşaldır

"Bu gün gecə saatlarında başlayan şiddətli döyüşlərdən sonra Ağdərədə vəziyyət gərginləşib. İndiki atışma "dördgünlük müharibə"dən daha güclü idi".
BAKU.WS-in məlumatına görə, bunu Ağdərə rayonu kənd icmasının rəhbəri Sasun Harutyunyan söyləyib. Onun sözlərinə görə, şiddətli döyüşlər nəticəsində evlər, mağazalar, bələdiyyə binası zərər görüb. Kənd icmasının rəhbəri bildirib ki, atışma zamanı mülki şəxslərdən yaralanan olmayıb.
"İnsanlar atışmanın başladığını görüb kəndlərdən çıxmağa başladı. Sakinlər şəhəri tərk edərək daha təhlükəsiz yerlərə üz tuturlar. Şəhərdə əməllicə çaxnaşma yaranıb. Döyüşlər daha çox yüksəklik olan hissələrdə gedir".
BAKU.WS

Oxşar xəbərlər
TƏCİLİ: Ermənilər hücuma keçdi - Cəbhədə şiddətli döyüşlər gedir
Musavat.com yerli qaynaqlara əsasən xəbər verir ki, ermənilərlə təmas xəttində şiddətli döyüşlər başlayıb. İlkin məlumata görə, Azərbaycanın erməni işğalı altın...