İrandan Qarabağdakı son döyüşlər barədə ŞOK AÇIQLAMA

İrandan Qarabağdakı son döyüşlər barədə ŞOK AÇIQLAMA
Siyasət 4700
 

İranın ali dini liderinin beynəlxalq işlər üzrə məsləhətçisi, strateji tədqiqatlar üzrə mərkəzi şurasının rəhbəri Əli Əkbər Vilayəti Dağlıq Qarabağda baş verənlərdən danışıb.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, İranın mərkəzi televiziyasına açıqlama verən Vilayəti Qarabağda baş verən "dördgünlük müharibə”nin xaricidən edilən təxribatın nəticəsi kimi dəyərləndirib.

"Münaqişə tərəflərinin döyüşlər başlayandan bir neçə gün sonra atəşi dayandırması da bunu deməyə əsas verir. Bir sıra ekspertlər hesab edir ki, ABŞ-ın və müttəfiqlərinin İraq və Suriyadakı uğursuzluğu, Şimali Qafqazdan minlərlə döyüşçünün Yaxın Şərqə getməsi fonunda Vaşinqton Rusiyanın cənub sərhədlərinə yaxın ərazidə xaos yaratmaq istəyir”, - deyə o bildirib.

Vilayəti Qarabağ münaqişəsinin tərəflərini dialoqu davam etdirməyə çağırıb, həmçinin, regionda sülhə nail olmaq üçün İran və Rusiyanın vasitəçiliyini təqdim edib.

BAKU.WS

Son xəbərlər