Putini öldürmək istəyən İŞİD üzvü saxlanılıb

Putini öldürmək istəyən İŞİD üzvü saxlanılıb
Siyasət 1013
Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı İŞİD üzvü tutulub.BAKU.WS Rusiya KIV-nə istinadən xəbər verir ki, polis patrul xidmətinin əməkdaşı Armin Alibaşiçi adlı gəncin bel çantasından şübhələnib və onu saxlayıb. Polis əməkdaşının şübhəsi özünü doğruldub. Onun çantasında optik nişangahlı tüfəng aşkarlanıb.Hüquq-mühafizə orqanlarının məlumatına görə, onun evindən silah-sursat və İŞİD-ın fəaliyyətinə həsr olunmuş ədəbiyyat aşkarlanıb.Xüsusi xidmət orqanları və ekspertlər 21 yaşlı gəncin Rusiya Prezidenti Vladimir Putinin 17 yanvar tarixində Serbiyaya səfəri zamanı ona qarşı sui-qəsd hazırladığını ehtimal edirlər.BAKU.WS

Son xəbərlər