Putin Atatürkə münasibətdən danışdı
20
dek
2018
22:22
Atatürk Türkiyə tarixinin dahi xadimi olub. O, Rusiyanın dostu olub və Türkiyə dövlətinin əsasını qoyub.BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin bugünkü mətbuat konfransında jurnalist Fuad Səfərovun sualına cavab verərkən deyib.Rusiyalı lider qeyd edib ki, hazırda Moskva və Ankaranın münasibətləri çox gözəl inkişaf edir, əlaqələr möhkəmlənir.“Tərəflərin maraqları nədəsə üst-üstə düşməsə də, biz kompromis yolu tapırıq. Biz görürük ki, bizim türkiyəli həmkarlarımız Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi, Suriya münaqişəsinin həlli, terrorçuluğa qarşı birgə mübarizə aparılması yolunda kompromisə getməyə hazırdırlar”, - deyə Rusiya Federasiyasının prezidenti əlavə edib.V.Putin qeyd edib ki, Türkiyə NATO-nun üzvü olsa da, müstəqil xarici siyasət yürüdür: “Bunda prezident Rəcəb Tayyib Ərdoğanın rolu böyükdür. Bu bizim münasibətlərimizi proqnozlaşdırılan edir”.BAKU.WS
Oxşar xəbərlər
Putinin Türkiyəyə səfəri başlayıb
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə iki günlük səfəri başlayıb. BAKU.WS-in məlumatın agörə, prezident Rəcəb Tayyib Ərdoğan həmkarını Ankaradakı prezide...