İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05
iyn
2026
10:06
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib.
BAKU.WS paylaşımı təqdim edir:
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan!".
Oxşar xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb. BAKU.WS xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib. İclasa parlamentin spi...