Prezidentin göstərişi ilə cəbhəboyu zonadakı raket və artilleriyalar işə düşdü (FOTO)
29
noy
2017
12:58
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.MN-dən BAKU.WS-ə verilən məlumata görə, müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.BAKU.WS
Oxşar xəbərlər
Müdafiə naziri cəbhəboyu zonada (FOTO)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksəld...