Prezidentdən nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı qərar
Prezident "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
"4-cü bəndə "19 yaşdan” sözlərindən sonra "("B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin.
5-ci bənddən ", "CE” və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın.
Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:
"CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
"D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.
Digər bir dəyişikliyə əsasən "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaş (65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə) olaraq müəyyən edilib.
BAKU.WS
Oxşar xəbərlər
Yenilik: Azərbaycanda bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar
Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifad...