Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir
Yeniliklərdən dərhal xəbərdar olun
Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini müəyyənləşdirmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib.
"Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi mexanizmin yaradılmasına keçməliyik", - deyən dövlətimizin başçısı əvvəlcə Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillərin müəyyənləşdirilməsinin və vəziyyətin gələcək inkişafına obyektiv elmi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş n...