Prezident Sumqayıtla bağlı sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Paralimpiya və Olimpiya İdman Kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat məktəbi, Uşaq İncəsənət məktəbi inşa edilmiş, 300 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanasının, Tarix Muzeyinin, Sumqayıt Dövlət Dram Teatrının binaları əsaslı təmir olunmuş, 106 hektar ərazidə dənizkənarı bulvar kompleksi salınmış, "Asan xidmət” Mərkəzi fəaliyyətə başlamış, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 53 mindən çox yeni iş yeri açılmış, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Mingəçevirlə bağlı sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam im...