Prezident Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
Qırğızıstan dövlətinin başçısı qeyd edib: "Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir". Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazınıb".
Oxşar xəbərlər
Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir
Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbay...