Prezident Polis Akademiyasında yeni binasının açılışında - FOTO

Prezident Polis Akademiyasında yeni  binasının açılışında - FOTO
Siyasət 1265

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.BAKU.WS AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.

Dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxdı.

BAKU.WS

Oxşar xəbərlər

Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib - FOTO

Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib - FOTO

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi...

702 Sosial 13:55 17 dekabr 2018

Son xəbərlər