Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
09
okt
2018
19:33
Prezident İlham Əliyev və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kentlə görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.BAKU.WS xəbər verir ki, dövlət başçısı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərdiyi məktublarda Azərbaycan-ABŞ münasibətləri ilə əlaqədar ifadə etdiyi fikirlərə və xoş sözlərə görə minnətdarlığını bildirib.Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunulub, ölkəmizin Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi və ikitərəfli əsasda Əfqanıstan hökumətinə verdiyi dəstək yüksək qiymətləndirilib.Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi qeyd olunub.Söhbət zamanı, həmçinin qeyri-neft sektoru, o cümlədən ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.Parlament sədri Qordan Yandrokoviç Prezident İlham...