Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında söyləyib.
"Bu şəraitdə Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq çox vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına xidmət edir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və kənd təsərrüfatı fəaliy...