Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
15
may
2026
12:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə edib
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin nümayəndələri və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq görüş zamanı mina çirklənməsinin...