Prezident iki icra başçısını işdən çıxardı
04
mar
2016
16:55
Prezident İlham Əliyev daha iki icra başçısının vəzifəsinə son verib.
BAKU.WS-in məlumatına görə, dövlət başçısının sərəncamına əsasən Tahir Abuzər oğlu Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər bir sərəncamına görə, Sevindik Hacağa oğlu Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Facebook-da fenomen olan icra başçısını işdən çıxardı (FOTO)
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub. Bu vəzifəyə Yardımlı Rayon...