Prezident Fərman verdi: Milli Qəhrəmanların təqaüdü artırıldı
11
okt
2016
18:45
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda müavinətin məbləği 1000 manatdır.
Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.
BAKU.WS
Oxşar xəbərlər
Aprel şəhidinin ailəsinə hər ay 1110 manat ödəniləcək
Cari il aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbay...