Prezident: "Biz öz milli qürurumuzu və ədaləti bərpa etdik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Xocavənd rayonunun Xanoba kəndinin sakinləri ilə söhbəti zamanı deyib.
"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Oxşar xəbərlər
Aqil Məmmədova "polkovnik" ali hərbi rütbəsi verildi
Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova "polkovnik" ali hərbi rütbəsi verilib. BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, əslən Lerik rayonunun X...