Prezident Administrasiyasının şöbələrindən biri ləğv olundu
18
iyl
2016
17:32
Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olunub.
"Report” xəbər verir ki, struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarılıb. Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradılıb.
Bu şöbəyə Mail Rəhimov müdir təyin olunub.
Qeyd edək ki, M.Rəhimov əvvəllər Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri olub.
Oxşar xəbərlər
PA-da şöbələrdən biri ləğv edildi - Dövlət müşaviri təqaüdə göndərildi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Nəşr və tərcümə şöbəsi ləğv edilib. BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, Süleyman İsmayılovu...