Prezident Administrasiyasından Trampla bağlı açıqlama

Prezident Administrasiyasından Trampla bağlı açıqlama
Siyasət 1241
 

"Dağlıq Qarabağ məsələsi ilə bağlı respublikaçılar nisbətən daha çox anlaşma mövqeyi göstərir”.

BAKU.WS xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, ABŞ-da seçkilərdən sonra həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçılar üstünlük əldə edib:

"Demokratlar insan haqları, demokratiya məsələlərini daha çox öndə tutduqları üçün erməniləri hər yerdə dəstəkləyirlər, orada yaşayan erməni diasporunun təsirinə məruz qalırlar. Lakin son seçkidə Senat və Nümayəndələr Palatasındakı bəzi güclü ermənipərəst şəxslər kənarda qalıb. Bu da mühüm hadisədir. Respublikaçılarla bizim anlaşmamız daha yaxşı olur. Altı aydan çox vaxt var ki, sakitcə işlərimizi aparaq. Əlaqələrimizi quracağıq, danışıqlar aparacağıq. 25 ildir postsovet məkanında Azərbaycan qədər bütün tərəflərlə balanslı münasibət saxlayan ikinci dövlət tapmaq çətindir. Bunun əsası böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub və prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

İlyas Quliyev

BAKU.WS

Son xəbərlər