Bu, Ermənistan üçün sürpriz oldu - Bakıdan açıqlama
"ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları - Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, tərəfdarlardan biri - "Azərbaycanda demokratiya üzrə Akt"la məşhur olmuş Cozef Hek də məğlub olanlar arasındadır.
Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.
Saməddin Mehralıyev
Oxşar xəbərlər
Jirinovski: “İndi Hillari nənə dincələ bilər”
"İndi Hillari nənə dincələ bilər”. "Qafqazinfo”nun məlumatına görə, bu barədə Rusiya Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski Donald Trampın...