Pekin Kremli çöküşdən xilas edəcək oyunu başladıb - VİDEO

Pekin Kremli çöküşdən xilas edəcək oyunu başladıb - VİDEO
Video
Siyasət 105

Çin lideri Si Cinpin Ukraynada müharibə başlayandan bəri ilk dəfə prezident Volodimir Zelenski ilə birbaşa əlaqə saxlayıb.

BAKU.WS xəbər verir ki, Zelenskinin "ərazi kompromisləri ilə sülhü qəbuledilməz" adlandırdığı müzakirədə Cinpin beynəlxalq vəziyyətin necə dəyişməsindəndən asılı olmayaraq ölkəsinin rəsmi Kiyevlə əməkdaşlığı inkişaf etdirəcəyini bildirib.

Telefon danışığından sonra Çin XİN münaqişənin həlli ilə bağlı bütün tərəflərlə əlaqə saxlamaq üçün Ukraynaya xüsusi nümayəndə göndəriləcəyini açıqlayıb. Rusiya-Ukrayna müharibəsinin həlli üzrə nümayəndə heyətinin rəhbəri isə Çinin Rusiyadakı sabiq səfiri Li Huy olacaq.

Çinin artıq real təşəbbüslərlə çıxış etməsi Pekinin UKraynada sülh yaratmaq missiyasına başladığını göstərir. Hətta Ukrayna böhranı ilə bağlı 12 bəndlik sülh planı da tərəflərə təqdim edilib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Son xəbərlər