Paytaxtın simasına zərbə: Buna kim cavabdehdir?

Paytaxtın simasına zərbə: Buna kim cavabdehdir?
Açıqlama
Siyasət 90

"Bizim ən böyük dəyərlərimizdən biri də gözəl Bakı şəhəridir. İstənilən iri şəhərimizin, qəsəbələrimizin və kəndlərimizin tarixi-memarlıq üslubunun qorunması baxımından hər kəs həssaslıq göstərməlidir".

Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan, xüsusilə daha çox turist cəlb edən Bakı təhlükəsizlik baxımından nümunəvi şəhərlər sırasındadır:

"Eləcə də digər şəhər və yaşayış məntəqələrimiz təhlükəsizdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan nümunə kimi göstərilir və ölkəmizə böyük maraq və rəğbət mövcuddur. Həmçinin Bakı dünyanın ən təmiz və gözəl paytaxtlarından biri hesab olunur. Buna görə də tarixi binaların yöndəmsiz şəkildə zədələnməsi və onların görkəminin dəyişdirilməsi son dərəcə yanlış yanaşmadır.

Bu məsələdə yalnız dövlətin deyil, cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Cəmiyyət şüurlu addımlar atmalı, xüsusilə valideynlər bu məsələdə övladlarını düzgün istiqamətləndirməlidirlər. Bakı təmizlik və gözəllik ilə seçilməlidir, xoşagəlməz yazı və görüntülərlə deyil. Bu cür hallar bizim dəyərlərimizə qarşı hörmətsizlik, vandalizm nümunəsidir. Eyni zamanda bu düşünülməmiş addımlar dövlətin və şəhərin inkişafı üçün sərf olunan resurslara qarşı da yanlış münasibət deməkdir".

Paytaxtın simasına zərbə: Buna kim cavabdehdir?

Ekspert əlavə edib ki, gənclər məsuliyyətli olmalı, nümunəvi davranış sərgiləməlidirlər:

"Bu gün müasir texnologiyalar gənclərə öz üzərində işləmək üçün saysız-hesabsız imkanlar yaradır. Ən vacib məqamlardan biri isə başqalarının əməyinə hörmətlə yanaşmağı öyrənməkdir. Şəhərin gözəlliyini korlamaq yaradıcılıq deyil, əksinə, dağıdıcı davranışdır. Valideynlər övladlarının davranışına ciddi nəzarət etməlidirlər.

Dövlətin və cəmiyyətin əsas sütunlarından biri ideoloji dayanıqlılıqdır və bu baxımdan mülkiyyətə hörmət, estetik zövq və məsuliyyət hissinin formalaşdırılması gənclər üçün son dərəcə vacibdir. Uşaqların evdən kənarda necə davrandığını bilmək valideynin birbaşa məsuliyyətidir".

Son xəbərlər