Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri başlayıb.
Bu barədə məlumat N.Paşinyanın "Facebook" səhifəsində yerləşdirilib.
Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü planlaşdırılır.
Məlumat üçün əlavə edək ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...