Paris-2024: Hakimlər serbiyalı basketbolçuların əlini sıxmaqdan imtina edib
NBA-nın “Atlanta Hawks” klubunun və Serbiya millisinin oyunçusu Boqdan Boqdanoviç Parisdə keçirilən Yay Olimpiya Oyunlarının yarımfinalında ABŞ-yə qarşı matçda hakimlərin işini tənqid edib.
Bu barədə “Sport Ekspress” xəbər verib.
“Amerikalıların hakimlərdən aldıqları köməyə ehtiyacları yox idi. Mən məğlub kimi düşünmək istəmirəm. Hakimlərlə bağlı danışmaq bizə heç nə qazandırmır”, - deyə Boqdanoviç bildirib.
O, əlavə edib ki, oyundan sonra hakimlər Serbiya basketbolçularının əllərini sıxmaqdan imtina edərək meydançadan çıxıblar.
Qeyd edək ki, matç avqustun 8-də keçirilib. ABŞ komandası 95:91 hesabı ilə qalib gələrək ardıcıl beşinci dəfə Olimpiya finalına çıxıb.
Oxşar xəbərlər
Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçılarının sərinlənməsi üçün kondisionerlə təmin olunacaqlar. BAKU.WS xəbər verir ki, yarışlar z...