Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:
“Hörmətli İlham Heydər oğlu,
Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə sabitlik və demokratiya şəraitində keçirilmiş seçkilərdə Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının qazandığı qələbə münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, yeni formalaşan parlamentin məhsuldar fəaliyyəti respublika həyatının ictimai-siyasi və iqtisadi sahələrində tərəqqiyə, Azərbaycanın sürətli inkişafına, həmçinin dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edəcək.
Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan hərtərəfli və qarşılıqlı faydalı münasibətlər birgə səylərlə gələcəkdə də xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və daimi inkişaf arzulayıram”.
Oxşar xəbərlər
Putin İlham Əliyevi təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub: “Hörmətli İlham Hey...