“Bolqarıstanla Azərbaycan arasında strateji əməkdaşlıq möhkəmlənəcək” - Rumen Radev
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:
“Zati-aliləri. Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.
Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
Putin prezident İlham Əliyevi təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd edilib: “Hörmətli...