Putin İlham Əliyevi təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:
“Hörmətli İlham Heydər oğlu,
Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin.
Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.
Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək.
Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və rifah arzu edirəm”.
Oxşar xəbərlər
“Bolqarıstanla Azərbaycan arasında strateji əməkdaşlıq möhkəmlənəcək” - Rumen Radev
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub: “Zati...