Odessa yaxınlığında Rusiya ordusunun agenti saxlanıldı

Odessa vilayətində Ukrayna Silahlı Qüvvələrinin obyektlərinin yeri barədə Rusiya tərəfinə məlumat ötürən şəxs saxlanılıb.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiberpolis İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, Odessa vilayətində kiberpolis əməkdaşları Ukrayna hərbi obyektlərinin yerləşdiyi yer barədə məlumatı ruslara ötürməkdə şübhəli bilinən Sergeyevka kənd sakinini saxlayıb. Müəyyən olunub ki, 31 yaşlı kişi messencer vasitəsilə strateji obyektlərin koordinatlarını qarşı tərəfə ötürüb.
Həmin şəxsin yaşadığı yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış apararaq mobil telefonlar, noutbuklar götürüblər. Müsadirə olunmuş ləvazimatların, xüsusən də müvafiq yazışmaların üzərində cinayət əməlində iştirakına dair sübutlar aşkar edilib. Onun ruslarla yazışmaları üzə çıxıb.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...
