İnstaqramının hekayə bölümündə bir reklamı 500 000-ə paylaşır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il olduğu kimi bu il də reklam şirkətlərinin əsas hədəfi film və serial ulduzları, idmançılar və sosial şəbəkədə fenomenə çevrilən gənclərdir. Bunlar arasında reklam videolarında ən çox yer alan aktyor və aktrisalardır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, beynəlxalq markalar türkiyəli məşhurları öz reklamlarında görməyə maraqlıdırlar.
Bu səbəblə də aktrisa Hande Erçel demək olar ki, hər ay xaricdə bir markanın reklam çəkilişlərinə qatılır.
Ola bilər ki, rol aldığı seriallar uzunömürlü olmasın və gözlənilən reytinqi verməsin. Amma o reklamlara çəkilərək markalarla iş birliyindən xeyli qazanc əldə edir və bu uzun müddət davam edir.
Reklamlara 17-18 milyon lirə (təxminən 907-961 000 AZN) aralığında razı olan aktrisa instaqram hesabında hekayə bölməsində bir reklamı 500 000 lirəyə (təxminən 26 700 AZN) paylaşır.
Onun instaqramda 31 milyon 900 min izləyicisi var. Reklam bazarında yer alan məlumatlarav görə bunlar hamısı real izləyicilərdir.
Oxşar xəbərlər
Estetik etdirməyən TÜRKİYƏLİ MƏŞHURLAR - FOTO - SİYAHI
Hazırkı dövrdə bir çox qadın xəyalındakı gözəlliyə qovuşmaq üçün plastik əməliyyatlar etdrir. Real həyatda plastik əməliyyatlara tələbat dayanmadan artsa da, ar...