Novruz Məmmədovla amerikalı diplomat arasında qalmaqal - FOTO

Novruz Məmmədovla amerikalı diplomat arasında qalmaqal - FOTO
Siyasət 1448
 

Bu gün Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Twitter bloqunda amerikalı siyasətçi, "Trampa qarşı demokratik koalisiya”nın üzvü Skott Dvorkinin ondan üzr istəməsini tələb edib.

Virtualaz.org N.Məmmədovun bloquna istinadla xəbər verir ki, buna səbəb Dvorkinin Prezident Admnistrasiyasının şöbə müdiri barədə yaydığı məlumatdır. N.Məmmədovun tviti belədir:

"Əziz” Dvorkin, mən gözlədim və bir müddət düşündüm ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı deyəcək və nəhayət buna görə üzr istəyəcəksiniz. Lakin görürəm ki, yalan məlumat yaymaq sizin gündəlik işinizdir. Budur, sizin yaydığınız informasiya ilə bağlı mənim təklifim belədir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondomunimun (kooperativ binada mənzil) sahibiyəm, həmin mənzilin birini sizə hədiyyə edəcəyimi bəyan edirəm. Əks halda siz üzr istəməlisiniz, əgər şərəf və ləyaqətiniz varsa”.

Bəs Skott Dvorkinin yaydığı hansı məlumatdan söhbət gedir? Virtualaz.org müəyyənləşdirib ki, amerikalı siyasətçi Novruz Məmmədov barədə məlumatı martın 15-də özünün Twitter bloqunda yayıb. İddia edib ki, N.Məmmədov 2006-cı ildə Mayamidəki məşhur "Trump Palace”də iki mənzil alıb.

Həmin günlərdə ABŞ məbuatı Trampın Rusiya ilə şübhəli işbirliyi barədə iddiaların izi ilə gedərək yazırdı ki, rusiyalı oliqarxlar 2000-ci illərin ortalarında "Trump Tower”dən mənzillər alıblar. Trampın "qülləsində” mənzillərin qiymətləri milyonlarla dollardır.

BAKU.WS

Son xəbərlər