Niderlandda sənaye zonasında güclü yanğın baş verib

10
iyn
2023
22:33
Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb.
Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.
Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.
Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.
Oxşar xəbərlər
FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO - YENİLƏNİB
Türkiyədə baş verən zəlzələdə azərbaycanlı xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin...
