“Koçaryan Paşinyandan intiqam almağa susayıb” - Ter-Petrosyan
“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın növbədənkənar parlament seçkilərində birgə iştirakdan imtina etməsi o deməkdir ki, Koçaryan dövlət maraqlarından çıxış etmir, o, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyandan intiqam almağa susayıb”.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, keçmiş prezidentlər Serj Sarkisyanla Robert Koçaryana birgə iştirakla bağlı müraciətində belə bir şərt olub: keçmiş rəhbərlərdən heç biri Baş nazir postuna namizəd olmayacaq.
“Bu bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən Koçaryanın iqtidara qayıdışını əngəlləyəcəkdi. Belə olan halda, baş nazir postunu ciddi təcrübəsi və idarəetmə bacarığı olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran bir şəxs tutmalı idi.
Koçaryanın bu təklifi rədd etməsi onun Paşinyandan qisas almağa susadığını göstərir. Serj Sarkisyana gəldikdə isə, o, hakimiyyətə qayıtmaq istəmir, ancaq öz partiya nümayəndələrini parlamentə gətirməyə çalışır”, - deyə Ter-Petrosyan bildirib.
Qeyd edək ki, Levon Ter-Petrosyan növbədənkənar seçkilərdə birgə iştirakla bağlı Koçaryana və Sarkisyana müraciət etmişdi. Lakin onlar bu təklifi rədd edərək, açıq bəyanatlar verdiyi və məsələni ictimailəşdirdiyi üçün Ter-Petrosyana etirazlarını bildirmişdilər.
Oxşar xəbərlər
Ermənistanın müxalifət liderləri növbədənkənar seçkilərdə iştirak etməyəcəklərini açıqlayıb
Ermənistanın bir neçə müxalifət partiyasının liderləri növbədənkənar parlament seçkilərində iştirak etməyəcəklərini bildirib. BAKU.WS APA-ya istinadən xəbər ver...