Nərimanov rayonunda Zərifə Əliyevanın xatirəsi anılıb
Nərimanov rayonunda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilən xatirə tədbiri keçirilib.
Tədbirdə Nərimanov rayon rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, incəsənət, səhiyyə, elm xadimləri və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatı Hikmət Məmmədov və digər natiqlər akademik Zərifə Əliyevanın Azərbaycan xanımının ən gözəl keyfiyyətlərini özündə birləşdirən gözəl və qayğıkeş ana, cəfakeş və sədaqətli ömür-gün yoldaşı, həm də Azərbaycan tibb elminə böyük töhfələr verən, görkəmli ziyalı alim olduğunu bildiriblər.
Xatirə tədbiri tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.
Oxşar xəbərlər
"Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı" - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb. BAKU.WS xəbər verir ki, v...