Naxçıvanda elektrik mühərrikli avtobuslar istismara verilib
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Baku TV-nin məlumatına görə, səfərdən sonra 60 ədəd ən müasir standartlara cavab verən elektrik mühərrikli yeni avtobuslar Naxçıvanda istismara verilib.
Qeyd edək ki, bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4.5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.
Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.
Oxşar xəbərlər
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölk...