NATO-nun şərq cinahının hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirildi
ABŞ administrasiyası Ukraynaya hərbi yardımı artırmaq üçün ABŞ Konqresi və xarici müttəfiqləri ilə fəal işləyir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Biz Ukraynaya hərbi yardımın həcmini əhəmiyyətli dərəcədə artırmaq, ona özünü müdafiə etməyə hazırlaşmağa kömək etmək üçün Konqres, eləcə də müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edirik”, - ABŞ diplomatı deyib.
O xatırladıb ki, Vaşinqton keçən il Kiyevə 650 milyon ABŞ dolları həcmində hərbi yardım edib.
"Biz müttəfiqlərə Kiyevə Amerika istehsalı olan avadanlıqla təmin etməyə icazə vermişik. Biz Avropada əlavə qüvvələr yerləşdirmişik və NATO-nun şərq cinahını gücləndirmək üçün digər birlikləri yüksək hazırlıq vəziyyətinə gətirmişik”, - Blinken deyib.
Oxşar xəbərlər
Stoltenberq ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını alqışladı
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir...