NATO Gürcüstana dəstəyi artırır
Yeniliklərdən dərhal xəbərdar olun
NATO Gürcüstana dəstəyi artıracaq və Tbilisidəki missiyasını genişləndirəcək.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Madriddə keçirilən sammit ərəfəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib
Xüsusilə, missiya və alyansın Gürcüstan paytaxtı yaxınlığındakı təlim mərkəzinin personalının sayı artırılacaq.
“Biz Gürcüstana yardımı artıracağıq. Xüsusən də məlumatlandırma, kommunikasiyalar, kibermüdafiə və təlimlər sahəsində”, - deyə Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları NATO üçün Gürcüstana əvvəlcədən dəstək vermənin vacibliyini önə çəkib.
Oxşar xəbərlər
Yens Stoltenberq daha 1 il NATO baş katibi olacaq
NATO baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb. Qərar NA...