Ən müəmmalı mumiyalardan birinin sirri açılıb: O, qadın deyilmiş
İspaniyanın Milli Arxeologiya Muzeyi burada saxlanılan qədim Misir mumiyalarının skanlanmasının nəticələrini açıqlayıb. BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, “El Pais” qəzetinin məlumatına görə, mumiyalar 2016-cı ildə ekspertizaya göndərilib.
Mumiyaları həkimlərin diaqnoz qoyduqları cihazlarla yoxlayıblar. Ən müəmmalı mumiyalardan birinin sirri açılıb. Həmin mumiyanı 1925-ci ildə Qahirədə alim İqnasio Bauer əldə edib və Barselonaya aparıb.
İndiyədək mumiyanın qadına məxsus olduğu güman edilib. Tomoqrafik analiz nəticəsində məlum olub ki, ləl-cəvahiratla örtülmüş mumiya əslində kişiyə aid olub. Tədqiqatçıların fikrincə, Nespomed çox zəngin olub.
Tədqiqatçıların fikrincə, bu, Nespamed adlı kahinə məxsusdur. O, həmçinin firon II Ptolomeyin göz həkimi olub.
BAKU.WS
Oxşar xəbərlər
"Gizli axşam yeməyi"nin sirri açıldı
İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin "Gizli axşam yeməyi" adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.B...